Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Putinin Vaşinqton üçün sürpriz planı - İddia

Vladimir Putin və onun baş diplomatı Sergey Lavrov digərlərini çətin vəziyyətə salmaqda məşhur ustadırlar.

Bu iddia ilə Almaniyanın “Süddeutş Zeitinq” qəzeti çıxış edib.

Məqalədə Rusiyanın dünya üçün yeni sürprizlər hazırladığı qeyd olunub:

“Moskva hər dəfə şlyapasından ustacasına məşhur dovşanı çıxarır. Hər dəfə Berlin, Brüssel və Vaşinqton arasında gərginlik yaranır. Rusiya öz düşmənlərinin necə mübahisə etdiyini müşahidə edərək, dünya üçün yeni sürpriz hazırlayır”.

Qəzet yazıb ki, Moskva ilə Vaşinqton Suriyada toqquşa bilər: “Rusiya bəyan edir ki, İŞİD-i məhv etmək istəyirsinizsə, bizdən istifadə etməlisiniz. Moskvanın Əsədi müdafiə edərək, Suriyaya girmək istəməsini Rusiya liderlərindən heç kim inkar etməyib.

Vaşinqton artıq görür ki, onun üçün dəhşətli ssenari hazırlanıb. Putin Yaxın Şərqdə Rusiyanın təsir dairəsini artırmaq istəyir, digər tərəfdən isə beynəlxalq aləmdə əvvəlki kimi ABŞ-a bərabərhüquqlu partnyor olmaq niyyətindədir.

Çünki Ukraynada olduğu kimi, Rusiya Yaxın Şərqdə də öz təsir dairəsini itirib. Putin İranı da ələ keçirmək istəyir ki, Tehran Qərblə heç cürə yaxınlaşa bilməsin”./axar/
409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber