Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Özünü kreditə görə öldürənlərin borcunu kim ödəyir?!

Son bir neçə ayda ölkədə intihar xəbəri haradasa adidən adi xəbərə çevrilib.

Ölkənin müxtəlif yerlərindən az qala hər gün intihar xəbəri gəlir. Təkcə elə bu gün 4 rayondan - Ağdaş, Göygöl, Sabunçu və Xətai rayonlarından 4 belə qara xəbər gəldi.

Bu arzuedilməz hadisələrin müxtəlif səbəbləri olur. Amma nəticə birdir və dəyişmir - intihar halları azalmır.

İnsanları intihara sürükləyən səbəblər arasında biri getdikcə ön ölana çıxır və diqqət cəlb edir. Bu da banklara olan kredit borcu məsələsidir.

Mətbuatı, xəbər lentlərini araşdıranda məlum olur ki, təkcə avqust ayı ərzində 18 nəfər özünü öldürüb, 8 nəfər isə buna cəhd etsə də xilas edilib. Sentyabr ayının ilk 11 günü ərzində isə 8 nəfər özünü öldürüb, 2 nəfər isə intihar etmək istəyib.

Bu gün baş vermiş 4 intihardan birinin səbəbi də banklara olan külli miqdarda kredit borcudur.

Bəs intihar borcdan xilas üçün çıxış yoludurmu? Adında kredit borcu olan şəxs öləndən sonra onun banka borcunun aqibəti necə olur? O pulu kim ödəməlidir?

Sualımızı cavablandıran hüquqşünas Adəm Məmmədov virtualaz.org saytına açıqlamasında bildirir ki, belə hallarda bank maddi ziyana düşməmək üçün kredit sığortası edir: “Bütün kreditlər sığortalanmalıdır. Bank 99 faiz hallarda kredit verdiyi şəxsin ölümü ilə bağlı verilən pulu sığortalayır. Həmin sığorta müqaviləsi də hansı sığorta şirkəti ilə bağlanıbsa, kredit alan şəxs öləndə o şirkət banka pulu ödəyir. Əgər sığortalanmayıbsa, krediti götürənin vərəsələri həmin borcu banka ödəməli olur. Belə ki, qanunvericiliyə əsasən vərəsəlik müəyyən olunur və onlar həmin borcu banka ödəyir”.
423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber