Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

XİN saytına “əl gəzdirib” bütün izləri sildi

Xarici İşlər Nazirliyi Azərbaycanın bütün səfirliklərinin əməkdaşlarının adını özünün rəsmi saytından silib.

Buna səbəb ötən şənbə günü baş vermiş hadisədir.

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Azərbaycan XİN-in sayca 4-cü əməkdaşı - Azərbaycanın Niderlanddakı səfirliyinin attaşesi Nahid Cəfərov ölkəyə qayıtmaqdan imtina edərək xaricdən sığınacaq istəyib.

Bu məlumat yayılandan sonra XİN bəyan etdi ki, nazirliyin Nahid Muxtar oğlu Cəfərov adlı əməkdaşı yoxdur.

Lakin virtualaz.org saytının müxbirləri asanlıqla üzə çıxardılar ki, XİN-in Nahid Cəfərov adlı əməkdaşı var və onun adı XİN-in rəsmi saytında Niderlanddakı səfirliyin attaşesi kimi qeyd olunub.

Bu gün isə XİN-in saytının müvafiq bölməsindəki bütün məlumatlar tələm-tələsik silinib. İndi saytda xaricdə fəaliyyət göstərən azərbaycanlı diplomatların adına rast gəlinmir./virtualaz/

410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı