Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Öcalan üç tələb irəli sürdü

PKK terror təşkilatının lideri Abdulla Öcalan onunla görüşən millət vəkillərindən mesaj göndərib.

Türkiyə mətbuatının məlumatına görə, A.Öcalan məsələnin həlli üçün üç asas tələb önə sürüb. Bunlardan birincisi qanuni zəmindir. Terrorbaşının ikinci tələbi isə hüquq və öhdəliklərinin qanun cərcivəsində tanınmasidir. Üçüncü olaraq isə bir hakim heyətinin müddətli daxil olmasını tələb edib.

İmralı adasindan qayıdan millət vəkilləri A.Öcalanın mesajını oldugu kimi təqdim edib: "Hər kim ki dar seçki hesabları içinə düşərək, demokratik təşəbbüsü gecikdirirsə, xaos və qarşıdurma şərtlərinə dəvət yollamış olar. Proseslər mövzusunda ümidimi itirməmişəm, hökumətdən daha müsbət müzakirə gözləyirəm. Bu müddətdə təşəbbüs və məsuliyyətə sahib olduğum üçün sülh və yeni demokratik cümhuriyyətin inşası haqqında düşüncələrimi bütün Türkiyə ictimayyatinə izah edə bilmək üçün mətbuat və digər təmas vasitələrini ləngidmədən təmin etmək lazimdir".
1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04