Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Yasamalda dəhşətli qəza: İki nəfər can verdi

Bakının Yasamal rayonu ərazisində, Qələbə dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyadalardan biri qadın, digəri isə kişi olub.

Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Semaşko xəstəxanasından verilən son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.

Qeyd edək ki, hadisə yerində çəkiliş aparan saytın müxbiri mülki formada olan və özünü təqdim etməyən şəxsin hücumuna məruz qalıb. Həmin şəxs müxbirin mobil telefonunu əlindən alaraq ona təzyiq göstərməyə çalışıb. Sayt iddia edirk ki, təzyiq göstərən şəxs polis idarəsinin müstəntiqi olub./azadxeber/
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.06.17, 10:56
Azərbaycana yay gəldi
<