Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Sabiq səfirlik əməkdaşı səfiri ittiham edib

Konsul və səfirlik əməkdaşı sığınacaq almaq üçün müraciət edib.

Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov səfir Rövşən Cəmşidov haqqında iddialar səsləndirib. Səfirliyin sabiq əməkdaşı ölkə mətbuatına verdiyi açıqlamalarda səfir haqqında bir çox ittihamlar irəli sürüb. Onlardan biri, Rövşən Cəmşidovun virtual katibə saxlaması və ona hər ay 2700 dollar əmək haqqı yazması ilə bağlıdır. Lakin səfirlikdən xaric edilən sabiq əməkdaş digər iddialar da irəli sürüb. 
O, səfir və səfriliyin mühasibinin diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişdiyini də bildirib. 

Yayılan məlumatlara görə, sabiq səfirlik əməkdaşı Anar Həsənov fəaliyyət göstərdiyi ölkənin rəsmi orqanlarına müraciət edərək sığınacaq istəyib. Belə muraciət edən isə təkcə Anar Həsənov deyil. Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Cəfərov da tutduğu vəzifədən azad edildikdən sonra sığınacaq almaq üçün Hollandiya hökumətinə müraciət edib.

Sabiq konsulun bu cür addım atmasının səbəbləri isə hələlik məlum deyil.

402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21