Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Rusiya Suriyada hərbi fəallığını artırır

Rusiya Suriyanın şimal-qərbində Latakiya şəhəri yaxınlığında hərbi təyyarə bazası tikir.

Bu barədə Pentaqon nümayəndəsi Ceff Devis bildirib.

Onun sözlərinə görə, son həftələrdə Latakiya şəhərinin ətrafında yerləşən təyyarə bazasına insanların və avadanlığın axını müşahidə olunur.

Reyters agentliyinə məlumat verən ABŞ hakimiyətinin iki nümayəndəsi bildirib ki, təyyarə bazasında Rusiya tankları növbədə olurlar.

“Latakiya şəhərinin yaxınığında yerləşən bazanın ətrafında Rusiyanın yeddi T-90 tankı aşkar edilib. Eyni yerdə Rusiya ordusuna məxsus artilleriya qurğularıda yerləşdirilib”. –deyə adı açıqlanmayan ABŞ diplomatları bildirib.

Daha əvvəl Reyters bildirirdi ki, bu bazada 200 Rusiya dəniz piyadaçısı və müvəqqəti qalamaq üçün nəzərdə tutulan evlər, mobil yerüstü stansiyalar və hava hücumundan müdafiə sistemlərinə aid komponentlər quraşdırılıb.

Həmçinin digər bir diplomatın Reyters agentliyinə verdiyi məlumata görə, ərazidə uçuş zolağınında tikinti işləri aparılır.

"Yük maşınları gəlir və gedir. Deyəsən, hazırki uçuş zolağı bəzi tip təyyarələrin enişi üçün nəzərdə tutulmayıb.Yeni tikinti zamanı bu zolaq onların enişi üçün təkmilləşdiriləcək" -deyə diplomat bildirib. Ancaq bu son məlumatı Pentaqon rəsmiləri şərh etməkdən imtina ediblər. Bir neçə gün əvvəl Rusiya Suriya əhalisinə yardım üçün hümatar təyyarəni münaqişə bölgəsinə yola salıb./ans/
473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı