Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Bakıda dəhşətli qəza: dayı və bacısı qızını maşın vurub öldürdü

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə piyadalardan biri - 43 yaşlı Sədaqət Feruz qızı Tağıyeva hadisə yerində ölüb. Digər piyada - 48 yaşlı Hikmət Ağababa oğlu Babayev isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, Hikmət Babayev Sədaqət Tağıyevanın dayısıdır.

Qəzanı törətmiş sürücü saxlanılıb. Avtomobil isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin sözlərinə görə, Abdulvahab Salamzadə küçəsi yüksək sürətli yol olduğundan, orada piyada keçidinə ehtiyac var./apa/
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13
İranın y