Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Əli Həsənov hansı haqla məcburi köçkünlərin adından danışır?

13500 şəhid ailəsinin sığorta pulunu verməyənlər, 1 milyon məcburi köçükünü antiAvropa kampaniyasına qoşmaq istəyir

Avropa Parlamentinin məlum qətnaməsi hakimiyyəti nevroz vəziyytinə salıb. Haqlı tənqidlərdən nəticə çıxarmaq, islahatlar aparmaq əvəzinə, absurd ittihamlara start veriblər. Bu azmış kimi öz qanunsuz, yarıtmaz əməllərinə xalqı da şərik etmək istəyirlər. Neft pullarını bölüşdürəndə, əmək haqlarının artım məsələsi gündəmə gələndə, kredit faizlərinin azaldılması müzakirə mövzusu olanda heç kim xalqın varlığını düşünmür. Amma hakimiyyətin repressiv və korrupsioner mahiyyəti ifşa olunanda, seçki saxtakarlığı sübuta yetiriləndə xalqı köməyə çağırırlar.

Indi də Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1 milyon məcburi köçkünün adından Ilham Əliyevə müraciət etməyə hazırlaşır: “Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə bağlı qaçqın və məcburi köçkünlər adından bu quruma və Ilham Əliyevə müraciət olunacaq”- deyə Əli Həsənov bildirib.


Görəsən Əli Həsənova bütün məcburi köçkünlər adından danışmağa kim ixtiyar verib? Azərbaycan xalqı da Avropa Parlamentinin qətnaməsində yer almış məqamlarla razıdır və ölkədə siyasi məhbusların olduğu, seçkilərin saxtalaşdırıldığı, məmurların korrupsiyaya bulaşdığı hamıya məlum olan faktdır.

Niyə Əli Həsənov bugünə kimi məcburi köçkünlərin adından prezidentə müraciət edib, ağır sosial vəziyyəti, evsizliyi, işsizliyi dilə gətirməyib? Məcburi köçkünlərə 16 manat “çörəkpulu” verilir. Əli Həsənov niyə bir sənəd hazırlayıb, bu məbləğin yavan çörəyə də çatmadığını bəyan etmir? Uzun illərdi Bakının kəndlərində məskunlaşmış məcburi köçkünlər ağır şəritdə yaşayır. Onlar üçün ayrılan yardımlar ünvanına çatmır, 10-larla məcburi köçkün sosial vəziyyətin ağırlığına görə intihar edib. Əli Həsənovun bu hallara görə həyəcan təbili çaldığını görən olmayıb. Amma hökumətin bostanına daş atılanda, hakimiyyətin iç üzü ortaya çıxanda məcburi köçkünlər yada düşür.

“Eurovision” yarışması zamanı Almaniyadan gələn turistlər öz avtomobillərini məcburi köçkünlərə hədiyyə etdilər. Həmin avtomobillərin taleyi necə oldu? Niyə məcburi köçkünlərə verilmədi? Bəlkə, 5 metr torpağı işğaldan azad etmisiz və bizim xəbərimiz yoxdur?

Ümumiyyətlə, məcburi köçkünlər niyə bu hakimiyyəti dəstəkləməlidi? Bu hakimiyyət hansı sahədə uğura imza atıb?

Müharibə əlilinə, Qarabağ qazisinə, şəhid ailəsinə necə münasibət göstərildiyi göz önündədir. Qarabağ qazilərinin özünü yandırması ənənə halına çevrilib. Şəhid ailələrinin sığorta pulu 20 ildir ödənilmir. Əli Həsənov nə vaxtsa ölkə başçısına müraciət edib “13500 şəhid ailəsinin ”qan pulu” ödənilməlidir” deyibmi?

Demək istəyirik ki, öz çirkin oyunlarınıza məcburi köçkünləri qatmayın. Məcburi köçkünlərin seçkidə səsin oğurlayıb, antiAvropa kampaniyasında səsindən istifadə etmək riyakarlıqdır.

Bir daha qeyd edirik ki, Əli Həsənovun məcburi köçkünlər adından danışmağa haqqı yoxdur. Əvvəl vətəndaşın haqqını ödəyin, sonra vətəndaşın adından danışarsız.

Belə çıxır ki, məmurlar milyardları mənimsəməli, övladlarına bahalı villalar almalı, vətəndaşa ən yüksək faizlə kredit verməli və hökumət dalana dirənəndə də vətəndaş özünü sipər etməlidir?

Bu gün bir milyon məcburi köçkünün yurd-yuvasından didərgin düşməsinin əsas səbəbkarı Rusiyadır. Məhz Rusiyanın dəstəyi ilə ermənilər minlərlə insanımızı şəhid edib, əlil edib. Azərbaycan hakimiyyəti isə Rusiyanın qarşısında səcdədədir. Bəlkə buna görə məcburi köçkünlər hökumətə dəstək verməlidir?

Artıq elə bir vəziyyət yetişib ki, ölkə vətəndaşı hakimiyyətə nifrət edir. Ona görə də bu hakimiyyətə dəstək yox, nifrət verməyə hazırdılar./azadlıq/
517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05