Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Siyavuş Novruzov özünü çətin vəziyyətə salıb

YAP-ın tanınmış simalarından olan Eldar Sabiroğlunun Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi ittiham etməsi hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzovu çətin vəziyyətə salıb. Məlumat üçün deyək ki, Eldar Sabiroğlu ad çəkmədən partiyadaşlarını ittiham edəndə Siyavuş Novruzov onu konkretliyə dəvət etmişdi.

Bundan sonra Eldar Sabiroğlu daha konkret açıqlamalar verməyə başladı və Ramiz Mehdiyevi hədəfə aldı: “Bütün bu işlərin başında Siyavuş Novruzov və onun kimilərinin ideya müəllimi olan Ramiz Mehdiyev dayanır. Və nədənsə, bu adam kök saldığı yerində elə bir təəssürat yaradıb ki, guya bu olmasa, dövlət dağılar. Sadəlövhlüklə yanaşmıram. Ucqar kənd adamından belə soruşsan, onun haqqında ətrafının yaydığı uydurmanı adı, soyadı ilə göstərər. Ona ümumiyyətlə, toxunmaq olmaz! Toxundunsa, sağdan-soldan üstünə şığıyacaqlar. ”Şığımaq” deyərkən mən onu nəzərdə tuturdum. Indi akademik olub. “Möhtəşəm” əsərlərinin dünyaya necə gəldiyini analiz etməkdən uzağam? Ali Partiya Məktəbində oxuyarkən, bizim qrupa bir semestr mühazirə oxudu. Gözlərini kağızdan-vərəqdən çəkə bilmirdi. Indi fəlsəfə üzrə sanki müqayisəsiz bir alimə çevrilib. Halbuki, əgər fəlsəfənin kateqoriyalarını tam olaraq deyə bilsə, adımı dəyişərəm”, -deyə Eldar Sabiroğlu bildirdi.

Beləliklə, faktiki olaraq Eldar Sabiroğlunun PA rəhbərini tənqid etməsində Siyavuş Novruzovun da rolu olub. Məlumatlarda bildirilir ki, YAP-çı deputatın bu addımı o qədər də yaxşı qarşılanmayıb.
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41