Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Pavlenko: “Savaş olsa, Rusiyaya uduzacağıq”

Biz Krım və Donbas üzərinə hücum əməliyyatları həyata keçirsək, Rusiyaya qalib gələ bilməyəcəyik.

Bunu ukraynalı hərbi ekspert Anatoli Pavlenko Ukrayna mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Ukrayna istənilən halda Rusiyadan çox zəifdir:

“Ən adi bir şeyə nəzər yetirmək lazımdır. Rusiyada əhalinin sayı 142 milyon nəfərdir. Bizdə isə bu rəqəm Donbası nəzərə almasaq, cəmi 40 milyondur. Bunun iki milyonu isə miqrasiya edib. Rusiya hazırda 4-cü və 5-ci nəsil hərbi təyyarələr istehsal edir. Bizdə bunların heç biri yoxdur. Üstəlik, pilotların uçuş saatları və təcrübəsi də çox aşağıdır. Bizə deyirlər ki, guya ABŞ hərbi gəmiləri bizim sahillərə yan alacaq. Montro anlaşması həmin gəmilərin Qara dənizə daxil olmasını əngəlləyir. Əgər Ukrayna NATO-nun üzvü olsaydı, məsələ başqa cür olardı. Amma belə deyil. ABŞ-ın öz maraqları var və Ukraynanın həmin maraqlara heç bir aidiyyəti yoxdur. Fransaya gəlincə isə, Rusiyanın ən yaxın dostu Sarkozi bir müddət sonra seçkidə qalib gələcək. O zaman Fransanın kimin tərəfində dayanacağı bilinəcək”. /axar/
419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı