Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2015

Putin: İŞİD Məkkə və Mədinəni üçün də təhlükədir

Rusiya Prezidenti Vladimir Putin İŞİD-in Məkkə və Mədinə üçün təhlükə yaratdığını açıqlayıb.

Tacikistanın paytaxtı Düşənbədə təşkil edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında (KTMT) danışan Kreml rəhbəri beynəlxalq cəmiyyəti ikili standartlardan əl çəkməyə çağırıb:

“Müxtəlif terror təşkilatlarını birbaşa, ya da bilvasitə olaraq istifadə etməklə strateji hədəflərə çatma səylərinə son verilməlidir. Bəzilərinin xoşuna gəlməyən rejimləri dəyişdirmə cəhdləri bitməlidir. Terrorla mübarizədə beynəlxalq cəmiyyətin güclərini birləşdirməliyik”.

İŞİD-in Məkkə, Mədinə, Qüds kimi müqəddəs şəhərlərə qarşı təhlükəli planı olduğunu deyən Putin təşkilatın Rusiya, AB, Orta Asiya və Cənub-Şərqi Asiyadakı fəaliyyətinin artmasından narahatlıq duyduğunu bildirib:

“Rusiya Suriyaya dəstək verməsəydi, bu gün oradakı vəziyyət daha pis olardı. Liviyada yaşananlardan da pis. Terrorla mübarizəyə gerçək qatqı təqdim edən və təqdim etməyə hazır olan bütün tərəfləri əhatə edən beynəlxalq koalisiya yaradılmalıdır. İŞİD ilə mübarizə üçün Suriya rəhbərliyi, kürdlər və digər güclər səylərini birləşdirməlidir”.

Rusiya lideri Bəşər Əsədin müxalifətlə danışıqlara hazır olduğunu da açıqlayıb./axar/
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat