Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

16 sentyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 16-da şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...