Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Bəşər Əsəd: Suriya xalqının tələbləri ətrafında birləşməliyik

Suriya prezidenti Bəşər Əsəd Suriyadakı bütün qüvvələri terrorla mübarizə üçün birləşməyə çağırıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu o Dəməşqdə Rusiya jurnalistlərinə verdiyi müsahibədə bildirib.

“Mən ölkədəki bütün qüvvələrə müraciət edərək, terrorla mübarizə üçün birləşməyə çağırıram. Çünki bu dialoq və siyasi proses vasitəsilə suriyalıların qarşılarına qoyduqları siyasi məqsədlərə nail olmaq üçün mühüm yoldur”, deyə o bildirib.

“Əgər biz bu gün hər-hansı suriyalıdan nə istədiyini soruşsaq, o, birinci növbədə, hamı və hər bir kəs üçün təhlükəsizlik və sabitlik arzuladığını bildirəcək. Beləliklə, biz, istər hökumət daxilindəki siyasi qüvvələr, istərsə də hakimiyyətdən kənardakı qüvvələr, Suriya xalqının tələbləri ətrafında birləşməliyik”, deyə Bəşər Əsəd əlavə edib.
428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq