Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

"Ölkədə məhkəmə sistemi xarici islamafob təşkilatlara xidmət edir"

Azərbaycan Birlik Təşkilatının rəhbəri Vüsal Hətəmov jurnalist Nicat Əliyevə və dindarlara verilən həbs cəzalarına münasibət bildirib

Vüsal Hətəmov İslamazeri.az-a açıqlamasında deyib ki, “Vallah, nələr baş verir mən başa düşə bilmirəm. Fikirləşdik ki, bir sıra dövlət orqanlarında ciddi yoxlamalar aparıldığına görə, məhkəmə sistemləri də azad, ədalətli işləyəcəklər. Hətta prezident seçkilərindən sonra digər dindarların da həbsxanalardan azad olması ümidi yaranmışdı dindarlarda. İndi isə daha bədnam hadisənin bir daha şahidi oluruq. Biz dəfələrlə təşəbbüskarı və həmtəsisçisi olduğum Müstəqil Jurnalistlər Assosasiyası (MJA) adından Nicat Əliyevin həbsini qınayan bəyanatlar vermişik. Və bunun dünyada pis qarşılanacağını, ən azından söz azadlığının pozulması, mediaya təzyiq halları kimi qələmə verəcəklərini demişik. Təbii ki, bu da indiki dövrdə bu iqtidara sərf etmir. Bəs niyə onda bunca ədalətsiz hökmlər çıxarılır? Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə məhkəmə sistemi xarici islamafob təşkilatlara xidmət edir. Heç adam qatilinə 10 il iş verilmir. Bir diskə görə adama 10 il iş vermək nə deməkdir? Sədri olduğum Azərbaycan Birlik Təşkilatı adından məhkəmənin bu qərarını kəskin pisləyir, bunun beynəlxalq arenada ölkəmiz üçün üz qaralığı gətirəcəyini düşünürəm. Onsuz da ki, beynəlxalq hüquq-insan haqları sferasında dövlətimizin əskisi tüstülüdür.”
1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber