Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Bağdad Vaşinqtonun Rusiya ilə bağlı xahişinə məhəl qoymadı

İraq hakimiyyəti Vaşinqtonun Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanının bağlanılması ilə bağlı ABŞ-ın sorğusunu cavabsız qoyub. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, amerikalı diplomatlar Bolqarıstanı nümunə gətirərək İraqdan hələ sentyabrın 5-də Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanın bağlamağı xahiş ediblər. İraq tərəfi cavabında bu məsələni nəzərdən keçirdiyini bildirib, lakin ABŞ-ın sorğusuna rəsmi cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan Suriyaya humanitar yardımla uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb./apa/
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi