Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Borçalıda vəhhabilər aktivləşir

İŞİD artıq Cənubi Qafqazdadır.

Bunu Gürcüstanın “Kviris Palitra” qəzetinə müsahibəsində gürcü ekspert Badri Naçkebiya söyləyib.

Onun sözlərinə görə, Qərb hələ də İŞİD-ə qarşı yetərli addımlar atmır:

“Axı nə vaxta qədər söyləmək olar ki, yerüstü əməliyyatlar olmadan İŞİD-i məhv etmək mümkün deyil. Hava əməliyyatları heç bir nəticə verməyəcək. Vəhabilik və böyük müharibə artıq Cənubi Qafqaz regionuna daxil olub. Bu ekstremist ideologiya çox təhlükəlidir. Gürcüstandakı müsəlman əhalinin böyük əksəriyyəti azərbaycanlı şiələrdir, lakin biz onların aralarında da vəhhabi emissarlarının aktiv şəkildə işlədiyini təkzib edə bilmərik. Onlar artıq Gürcüstandadırlar. Həmin emissarların təşkilatları gizli fəaliyyət göstərir. Biz artıq mübarizəni başlamalıyıq”./axar/
432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25