Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Ən böyük isalamafob qüvvə bu hakimiyyətin özüdür

Deputatların qeyri-ciddi arqumentləri lətifəyə çevrildi

Insanın kimliyi konkret situasiyalarda daha çılpaq şəkildə görünür. Bizim hakimiyyəti də bir orqanizm kimi təsəvvür etsək, son günlər çox gülünc və cılız göründülər. Avropa Parlamentinin məlum qətnaməsinə etiraz olaraq sərgilənən tamaşada hakimiyət düşərgəsinin arqumentsiz, əliboş, çılpaq olduğu göründü. Avropa Parlamentinin olduqca ciddi qətnaməsinə, olduqca qeyri-ciddi cavablar verildi. Əslində bunları cavab adlandırmaq da olmaz. Sadəcə olaraq biabırçı şəkildə müdafiə olundular

Yenə də “erməni lobbisi”, “islamafob qüvvələr” kimi şablon ifadələr meydan suladı.


Əvvəla, ən böyük isalamafob qüvvə bu hakimiyyətin özüdür. Çünki, bu gün ölkənin tanınmış din xadimləri şərlənərək həbs olunub, ölkədə hicab məhbusları var. Digər tərəfdən, bu hakimiyyətdə təmsil olunanlar nə vaxt islam qayda-qanunu ilə yaşadılar ki, indi də “islamafob” axtarışına çıxıblar? Bu gün müsəlmanlar mühacirət üçün Azərbaycanı yox, Avropa ölkələrini seçir. Ona görə də Avropa Parlamentinin qətnaməsini “islamafobiya” kimi təqdim etmək absurddur. Şəffaf seçki, siyasi məhbusların azadlığını təlbə etmək necə “islamafobiya”nın nəticəsi ola bilər?

Ikincisi, “erməni lobbisi” arqumenti də hakimiyyətin yarıtmazlığını ifadə edir. Belə çıxır ki, AzTV-nin acından öldürdüyü Ermənistan bütün dünyanı, beynəlxalq təşkilatları özünə ram edib, 100 milyardlarla neft pullarının daxil olduğu Azərbaycan isə xarici təbliğatda məğlub olub. Yəni hakimiyyətin “erməni” arqumentini əsaslı hesab etsək belə, bu, iqtidarın məğlubiyyətinin təsdiqidir. Necə olur ki, lobbiçiliyə, diasporun fəaliyyətinə 100 milyonlar xərcləyən Azərbaycan, Ermənistanın təbliğatına uduzur? Deməli, bu 100 milyonlar dövlətin təbliğinə deyil, hakimiyətin saxta təbliğatına xərclənib.

Amma hakimiyyətin gülünc vəziyyəti bu faktlarla da məhdudlaşmır. Milli Məclisdə Avropa əleyhinə çıxış edən deputatlar, hakimiyyətin bazar təfəkküründə olduğunu göstərdi. Ziyafət Əsgərov deyir ki, Avropada Ilham Əliyev kimi lider olmadığı üçün, bizə paxıllıq edirlər. Deputat Yevda Abramov “Avropadakı antiAzərbaycan qüvvələr gənc Heydər Əliyevin tələbəlik fəaliyyətini, şeirlərini izləyirlər. Nədənsə gənc Heydər Əliyevdən qorxurlar. Çünki qorxurlar ki, 20 ildən sonra Azərbaycanda Heydər Əliyev kimi tərbiyəli və savadlı gənc böyüyür” söyləyir. Başqa bir deputat məlum qətnamənin əxlaqsız olduğunu, bir başqası qətnamənin anti-bəşəri olduğunu, digəri Avropanın daha çox zərər görəcəyini sübut etməyə çalışır. Hətta Avropanı Nəsrəddin Tusi, Nizami Gəncəvi ilə qorxutmağa cəhd edənlər də oldu.

Doğrudan da tragikomik bir mənzərə yaranıb. Millətə vəkillik iddiasında olan adamlar, 5 yaşında uşaq kimi danışırlar. Avropa əleyhinə qəbul olunmuş qətnamə isə, ümumiyyətlə, “tarixi” hadisədir. Qətnamənin bir bəndinədə deyilir ki, Avropa liderlərinin Azərbaycana girişi qadağan oluna bilər. Guya, dünənə qədər Angela Merkelin, Martin Şultsun, Donald Tuskun, Yaqlandın, Ann Brosserin və digərlərinin günü Bakıda keçirmiş. Sanki Avropa liderləri Naxçıvan istehsalı olan “NazLifan” sürürmüşlər, “Semaşko”da müalicə olunurmuşlar, övladlarını Heydər Əliyev adına liseydə oxudurmuşlar və s. Bu qədər absurda necə getmək olar? Avropa liderləri Avropa oyunlarında bu hakimiyyəti boykot etmədimi?

Aşığın sözü qurtaranda “dalay-dalay” etdiyi kimi, bunların da sözü qurtaranda fantaziyaları fontan vurur.

Yəqin ki, MM-in qətnaməsi Avropa liderlərini də xeyli güldürüb. YAP hakimiyyətinin əməlləri artıq lətifəyə çevrilir, karikaturalara mövzu olur. Bütün dünya bunlardan üz döndərib, bunlar isə “sizi evimizə buraxmayacağıq” söyləyirlər.

Bəli, gələn ilin büdcəsini 5 milyard kəsirlə proqnozlaşdıranlara ÜDM-i triylonlarla ölçülənlər paxıllıq edir. Bu “ixtira” ancaq bizim hökumətin ağlına gələ bilər./azadlıq/
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05