Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Bəşər Əsəd: “Keçmiş SSRİ məkanında baş verən proses Suriyaya oxşayır”-

“Keçmiş SSRİ məkanında baş verən proseslər Suriyada baş verənlərə oxşayır”.

Bu sözləri Rusiya KİV-lərinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“Ukraynada baş vermiş çevriliş zamanı qərb KİV-lərində baş verənlərə diqqət edin: Onlar üçün prezident Putin Qərbin dostundan düşməninə, çara, diktatora çevrildi. Putini müxalfiəti əzən, qeyri-demokratik yolla hakimiyyətə gəlmiş şəxs kimi qələmə verməyə başladılar. Halbuki, onun demokratik seçkilərlə səs aldığını elə o Qərb tanımışdı. Bu gün artıq bu onlar üçün demokratiya sayılımır. Qərbin informasiya kampaniyası belədir. Deyirlər ki, prezidentin vəzifədən gedəcəyi təqdirdə işlər yaxşı gedəcək. Ancaq bu əslində nə deməkdir? Qərb üçün bu o deməkdir ki, o, prezident olduğu müddət ərzində terrorçuluğu dəstəkləyəcəklər. Onlar Suriyada, Rusiyada və digər ölkəlrədə “rejimləri”n dəyişdirilməsi prinsiplərini izləyirlər.

Qərb ona görə, suveren dövlətləri öz tərəfdaşları hesab etmir. Rusiyaya, Suriyaya, İrana qarşı olan iddia nədən ibarətdir? Bunlar suveren dövlətlərdir. Onlar istəyirlər ki, hakimiyyətdəki şəxsi çevirib ora onların maraqlarına xidmət edən şəxsi oturtsunlar. Prezident xalqın səsverməsi ilə hakimiyyətə gəlir və xalqın tələbi ilə gedir. ABŞ, BMT-nin tələbi ilə yox...”,- deyə Bəşər Əsəd vurğulayıb.
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17