Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Azərbaycanda bankomat dağıdıldı

Bu gecə bankomatdan pul oğurlamaq istəyənlərin cəhdləri boşa çıxıb. Hadisə Lənkəran rayonunun Gərgəlan kəndində gecə saat 4 radələrində baş verib.

Bir neçə nəfər kəndin mərkəzində yerləşən bankların birinə məxsus bankomatdan pul oğurlamağa cəhd edib. Oğrular diqqətdən yayınmaq məqsədilə bankomat yerləşən otağa binanın arxa hissəsindən,bələdiyyəyə məxsus otağın pəncərəsini sındıraraq daxil olublar. Oğruların qaynaq aparatı ilə bankomatı dağıdıb içindəki pulları çıxarmaq üçün etdikləri cəhdlər uğursuz olub. Bankomat yararsız hala salınsa da seyfi sındırmaq onlara müyəssər olmayıb. Hadisə yerində olan rayon polis şöbəsinin əməliyyatçıları araşdırmalara başlayıb./ans/
430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58