Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2015

Bəşər Əsəd: “Ərdoğan və Davutoğlu ABŞ-ın razılığı olmadan bir addım belə atmırlar”

“İndiki terrorçu təşkilatlar Qərbin öz zəhərli ideologiyasını yaymaq üçün yaratdığı siyasi təşkilatların üçüncü dalğasıdır”.

Bu sözləri Rusiya jurnalistlərinə verdiyi müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.

Onun sözlərinə görə, birinci dalğa ötən əsrin əvvələrində baş qaldırıb. “20-ci əsrin əvvələrində “müsəlman qardaşları” təşkilatı gəldi, daha sonra Əfqanıstanda SSRİ-yə qarşı vuruşan “Əl-Qaidə” yaradıldı. İŞİD və “Cabhat- An –Nusra” üçüncü dalğadır”,-deyə Bəşər Əsəd vurğulayıb.

“İŞİD nədir? Bu- Qərbin ekstermist layihəsidir”,-deyə bildirən Bəşər Əsəd Ərdoğan hökümətini terrorçulara dəstək verməkdə ittiham edib. “Qərblə sıx əlaqədə olan Türkiyə İŞİD-i və “An Nusra” terrorçu qruplarını silah, pul və könüllülərlə təchiz edir”.

Əsədin sözlərinə görə, hazırkı Türkiyə rəhbərliyi tam şəkildə Qərbdən asılıdır. “Ərdoğan və Davutoğlu ABŞ-ın və digər Qərb ölkələrinin razılığı olmadan bir addım belə atmırlar”.

Onun sözlərinə görə, Qərb ölkələri İŞİD –dən “kozur kartı” kimi istifadə edir. “Hazırda Qərb “Cabhat-An-Nusra” qruplaşmasından istifadə edir. Bu onunla bağlıdır ki, İŞİD müəyyən dərəcədə onların nəzarətindən çıxıb. Amma bu o demək deyil ki, onlar İŞİD-i məhv etmək istəyirlər. Əgər bunu istəsəydilər, edərdilər”,- deyə Əsəd vurğulayıb.

Suriya prezidentinin fikrincə, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı həmçinin Fransa, ABŞ və digər qərb dövlətləri terrorçu qrupları dəstəkləyir. “Eyni zamanda həm terrora dəstək vermək həm də ona qarşı mübarizə aparmaq mümkün deyil”./strateg/
661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...