Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

İngiltərədə 13 milyon yoxsul insan var

İngiltərədə QHT-nın həyata keçirdiyi araşdırma nəticəsində çox ciddi faktlar ortaya çıxıb. Ans-in xarici mətbuata istinadən verdiyi məlumata görə, JRF Xeyriyyə Fondu adlanan QHT yaydığı açıqlamada, ölkə cəmiyyətinin təxminən 13 milyon nəfərinin yoxsulluqdan da aşağı səviyyədə yaşadığını bildirdi.

Hesabatda bildirilir ki, İngiltərədə peşə sahibi olmasına baxmayaraq, yoxsulluq səviyyəsində yaşayan şəxslərin sayı, işsiz və təqaüdə çıxan şəxslərdən qat-qat çoxdur: "Hazırda İngiltərədə təxminən 13 milyon insan yoxsulluqdan da aşağı səviyyədə yaşayır. Onların 6 milyon 700 min nəfəri müxtəlif peşə sahibləri, 6 milyon 300 min nəfəri isə işsizlər və təqaüdcülərdir.

Fond ekspertlərinin araşdırmaları göstərir ki, inflyasiya, yaşayış xərcləri, minimum əmək haqqının aşağı olması, məvaciblərin xərclərlə uyğunlaşmaması və nəhayət hökumətin iqtisadi çətinlik siyasəti kimi amillər İngiltərə xalqının yaşayış səviyyəsinin aşağı düşməsinə və alıcı imkanlarının azalmasına ciddi təsir göstərib: "Aşağı səviyyəli məvaciblə işləyənlərin sayı artmaqdadır və həmin səbəbdən isə ailələrin orta hesabla gəlirləri 2008-ci il ilə müqaisədə ən azı 8 faiz azalıb".
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP