Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

ABŞ-da daşqınlar: 18 ölü

ABŞ-da, Yuta ştatının cənub bölgəsində leysan yağışlardan sonra yaranmış daşqınlar nəticəsində ölənlərin sayı 18-ə çatıb.

TASS agentliyinin verdiyi məlumata görə, biri 6 yaşlı oğlan olmaqla, iki nəfərin taleyi məlum deyil.

“Zayon” milli parkında 6 turist boğularaq ölüb. Milli parkdan 30 km aralıda yerləşən Hildeyl şəhərində isə sel sərnişinlə dolu iki avtomobili aparıb. Nəticədə daha 12 nəfər təbii fəlakətin qurbanı olub. Ölənlərin hamısı qadın və uşaqlardı. Onlardan ən kiçiyinin 4 yaşı olduğu bildirilir.

Əhalisi 3 min nəfərə yaxın olan Hildeyl şəhəri Yuta və Arizona ştatlarının sərhədində yerləşir./apa/
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb