Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Bakıda çörəkdən tük çıxdı (VİDEO)

Bakının  Nəsimi rayonu 20 Yanvar küçəsində yaşayan Loğman Bayramov yemək yeyən zaman heç də xoş olmayan suprizlə qarşılaşıb.

Zərərçəkmişin dediyinə görə, ötən gün günorta saatlarında yaşadıqları binanın həyatyanı sahsində yerləşən mağazadan çörək alıb. Evdə onu kəsən zaman içərisindən saç teli çıxıb. Deyir ki, bu artıq dəfələrlə baş verir:

“Hər dəfə çörək alanda çörəyin içindən ya daş, ya da cücü çıxırdı. Bu dəfə isə çörəyin içində saç teli çıxdı. Evdə isə çox pis bir vəziyyət yaranıb, çörəkdən tisginiblər”.

Aldığı çörəyin məxsus olduğu kağız paketin üzərində adı qeyd olunan zavodla əlaqə saxladıq. Müəssisənin əməkdaşları dərhal əraziyə gəldi. Məlum oldu ki, bu çörək heç də zavoda məxsus deyil. Üstəlik kağız paketin üzərində 650 qram qeyd edilsə də, müsahibim Loğmanın aldığı çörəyin çəkisi 450 qramdır.

Daha sonra nümayəndələlə bərabər çörəyin alındığı mağazaya üz tutduq. Məlum oldu ki, bundan xəbər tutan mağaza işçiləri çörəyi zavoda məxsus kağız paketlərinin içərisindən çıxarıb. Hətta həmin paketləri mağazının yaxınlğında yerə atıb.

Müəssisə nümayəndələrilə birgə müəyyən edə bildik ki, çörək satan Namiq Məmmədov adlı şəxs iki müəssisə ilə birgə fəaliyyət göstərirmiş. 

Onun sözləriən görə, səhvən sexdə istehsal olunan çörəyi zavoda məxsus paketlərin içərisinə yerləşdirib. Həmin şəxs də öz əməlini belə etiraf etdi:

“Sexdə çörəyin paketlənməsi zamanı səhvən zavoda məxsus paketlərin içərisinə yerləşdirib. İki müəssisə ilə birgə işlədiyimə görə anlaşılmazalıq baş verib”.

Gigiyena və Epidemologiya Mərkəzindən bildirdilər ki, bu məsələ tezliklə araşdırılacaq. 

Çörəyin bişirildiyi müəssisəyə qarşı cəza tədbirləri görüləcək.

544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24