Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Qubada 40 illik məktəb binası uçmaq üzrədir (VİDEO)

Qubada təmirə ehtiyac olan məktəb binası var.

Zərqava kənd məktəbinin 1975-ci ildə inşa olunan binası qəzalı vəziyyətdədir. İki mərtəbəli məktəb binasında bu il də dərs keçmək mümkün olmayıb.

Belə ki, Quba rayonunun Zərqava kənd orta məktəbinin şagirdləri yeni dərs ili başlamasının, bilik gününün sevincini yaşaya bilməyiblər. Çünki, məktəb qəzalı binada yerləşdiyindən onlar hələlik heç də o binadan geri qalmayan kənd klubunda dərs keçməli olurlar.

Həm valideynlər, həm də müəllimlər “yağışdan çıxdıq, yağmura düşdük” deyirlər. Çünki, uşaqların müvəqqəti köçürüldüyü klubun binası da hər an uça bilər.

Müəllim Mirayətdin Məhərrəmov deyir ki, dərsi qorxu içində keçirik, uşaqlar da qorxurlar, özümüz də qorxuruq.

Quba icra hakimiyyətinin başçısının Zərqava İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Fərman Tahirov məktəbin qəzalı olması barədə dəfələrlə İcra hakimiyyəti və təhsil şöbəsi qarşısında məsələ qaldırıldığını dedi.

“Məktəbin qəzalı vəziyyətdə olması barədə FHN əməkdaşları gəlib və akt tərtib ediblər. Akta əsasən məktəbdə bərpa-genişləndirmə aparılanadək orada dərs keçmək qadağan olunub”.

Qubanın icra başçısı Yaşar Məmmədov məktəbin bu il təmir ediləcəyini vəd edir:

“Bu gün bizi Zərqava kənd məktəbinin vəziyyəti narahat edir. Məktəb qəzalı vəziyyətdədir. Hazırda məktəbin təmirinə vəsait tapmışıq, yaxın vaxtlarda məktəb təmir edilərək istifadəyə veriləcək”.

Zərqava məktəbində bərpa-təmir işləri aparmaq üçün artıq layihə-smeta sənədləri də hazırlanıb.

Yaxın 2-3 gün ərzində bərpa işlərinə start veriləcək./ans/

688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01