Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

ABŞ İŞİD-i necə qoruyur - Şok faktlar

ABŞ İŞİD terror qruplaşması üçün etibarlı bölgə yaradır və bununla da kifayətlənməyərək terrorçulara hərbi təlim keçir - “Haber7” saytı yazır.

Onun sözlərinə görə, “ABŞ İŞİD-i dəstəkləyirmi?” sualına hazırda bütün dünya cavab axtarır. Yazar Rusiya xarici işlər naziri Sergey Lavrov, Şimali İraq kürd regional rəhbərliyinin Peşmərgə gücləri və İranın bu məsələ ilə bağlı mövqeyinə diqqət çəkir. Onların hər üçü də Amerikanın İŞİD-i qoruduğuna əmindirlər.

Peşmərgənin məlumatına görə, Suriyanın Rakka və İraqın Mosul şəhərləri arasındakı avtomobil yolunda İŞİD-ın TIR-ları çox rahat şəkildə hərəkət edirlər. Peşmərgə Sincar bölgəsindən keçən quru yolunun bir neçə yüz metrliyində yerləşir. Ancaq Peşmərgə İŞİD TIR-larına müdaxilə edə bilmədiyini söyləyir. Çünki Peşmərgə TIR-ları dayandırmaq istəyəndə, ABŞ “müdaxilə etməyin, çünki o bölgədə biz əməliyyat həyata keçiririk” deyərək TIR-ların dayandırılmasına maneə olub. Halbuki həmin yolda heç bir əməliyyat keçirilmir. İŞİD-in İraqdakı qalası Mosul ilə Suriyadakı qərargahı Rakka arasında yolda terrorçular və silah daşıyan TIR-lar əvvəlki kimi hərəkət edirlər. Yəni, ABŞ həmin bölgədə İŞİD-in rahat şəkildə hərəkət etməsinə imkan yaradır.

Taha Dağlı qeyd edir ki, ABŞ-İŞİD əlaqələrinə dair digər konkret məlumatlar da var: “Kanadada yerləşən düşüncə mərkəzi “Qlobal Research” ABŞ-İŞİD əlaqələrinə dair bir çox sənədi ortaya qoyub. ABŞ-ın yaratdığı etibarlı bölgə sayəsində İŞİD bir gecədə Mosulu aldı və Suriya-İraq sərhədində nəzarəti ələ keçirdi. Bu bölgə, Suriya və İraqın ən əhəmiyyətli neft ehtiyatlarının olduğu bölgədir. Bundan başqa, keçmiş İŞİD üzvünün danışdıqları da ABŞ-İŞİD əlaqələrini açıq şəkildə ortaya qoyur. Gulmurod Xalimov adlı Tacikistan vətəndaşı özünə şəxsən ABŞ kəşfiyyatının yaratdığı qurum tərəfindən təlim verildiyini deyib”.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<