Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Məktəbdə ikinci sinif şagirdləri etiraz aksiyası keçirir

Valideynlər Bakı Baş Təhsil Idarəsində olsalar da, məsələ həllini tapmayıb

Artıq üç gündür ki, ölkədə yeni dərs ili başlayıb. Bu üç gün təhsil müəssisələrindəki özbaşınalıqlar barədə şikayətlər üçün kifayət edib. Övladları paytaxtın Nərimanov rayonundakı 193 saylı orta məktəbdə təhsil alan valideynlər “Azadlıq”a bildirib ki, bu təhsil müəssisəsində 2-ci sinif şagirdləri etiraz aksiyası keçirərək, sinfə girmirlər.

Valideynlərin sözlərinə görə, bu uşaqların həm hazırlıq dövründə, həm də birinci sinifdə müəllimi Afayət Mərdanova olub. Ondan da nə şagirdlərin, nə də valideynlərin narazılığı olub.


“Əksinə, o, peşəkar olduğundan, hətta şəhərdən nisbətən kənarda yaşayan valideynlər də övladlarını onun dərs dediyi sinfə qoyub. Sentyabrın 15-də bizə bildirdilər ki, ”Afayət müəllimənin 65 yaşı tamam olduğu üçün o, təqaüdə göndərilir, bu ildən sizin uşaqlara başqa müəllimə dərs deyəcək”. Şagirdlər artıq iki ildir bu müəlliməyə öyrəşiblər. Indi uşaqların Afayət müəllimədən ayrılması onların psixologiyasına pis təsir edir”, – deyə valideynlər bildirib.

Qeyd edək ki, 22 şagirdin valideyni bu məsələ ilə əlaqədar sentyabrın 15-də Bakı Baş Təhsil Idarəsində olub: “Şikayətimizi bildirdik, amma hələ ki, nəticəsi yoxdur”.

Baş verənlərə aydınlıq gətirmək üçün Afayət Mərdanovanın özü ilə də danışdıq. O, “Azadlıq”a açıqlamasında bildirdi ki, 40 ildən artıqdır müəlim işləyir: “Ibtidai sinifdə mənim dərs dediyim şagirdlərin əksəriyyəti sonradan təhsillərini məşhur litseylərdə davam etdirirlər, yüksək ballarla ali məktəblərə qəbul olunurlar. Buna görə mənə təşəkkürlər və tərifnamələr də verilib. Düzdür, mənim 65 yaşım var, amma çox gümraham və sağlamlığım işləməyimə maneə olmur. Bir çox cavandan özümü daha həvəsli sayıram. Hətta bu yaşımda da eynəksiz yazıb-oxuyuram”.

Afayət Mərdanova onu da qeyd edib ki, 193 saylı məktəbdə 160-dan artıq müəllim çalışır. Ümumi müəllimlərin 2 faizi qədər kvota ayrılır ki, 65 yaşı tamam olmuş müəllimlər işini davam etdirsin: “Hazırda məktəbdə məndən başqa, 65 yaşı tamam olmuş iki müəllim çalışır. Yəni, ümumilikdə 3 nəfərik, bu isə kvotaya tam uyğundur. Məktəbin direktoru Rəhim Hüseynovun məqsədi nədir, mən anlaya bilmirəm”./azadlıq/
521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı