Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Kiyevdə silahlı toqquşma ab-havası FOTO

“Berkut” və Daxili Qoşunların əsgərləri mitinq ünvanlarına doğru hərəkətə keçib; Maydan müdafiə olunmağa hazırlaşır

Ukrayna hökuməti dekabrın 1-dən bəri davam edən etiraz mitinqləri dağıtmağa hazırlaşırmış kimi görünür. Dekabrın 9-da paytaxt Kiyevdə Daxili Qoşunların tam təchiz olunmuş səgərlərlə dolu avtomobilləri, qar təmizləyən ağır teexnika və təcili tibbi yardım maşınlar Maydana doğru hərəkət alıb. 
“Berkut” xüsusi təyinatlıları isə mitinqçilərin qərargah kimi istifadə etdiyi Kiyev meriyası istiqamətində - Kreşatik küçəsinə yeridilib. Onların meriya ilə qonşu binanın həyətinə cəmləşdiyi deyilir. Xüsusi təyinatlıların meriyanın binasını ələ keçirməyə hazırlaşdığı ehtimal olunur. 
Nazirlər Kabineti istiqamətində də yüzlərlə dəbilqəli və qalxanlı hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkət etdiyi qeydə alınıb. 
Bundan başqa, Maydanın yaxınlığındakı metrostansiyaya giriş-çıxış bağlanıb.
Əhali isə Maydanı mühafizə etmək üçün hazırlıq görür. Etirazçıların bir qismi Kreşatik istiqamətində “Berkut” xüsusi təyinatlılarının olduğu avtobusları mühasirəyə alaraq, onların hərəkətinə mane olub. Maydandakı mitinqçilərə qoşulmaq üçün müxtəlif istiqamətdən əhalinin axını başlayıb. Maydana toplaşanlar onun bütün perimetri üzrə yayılaraq, mümkün hücumun qarşısını kəsməyə hazırlaşırlar.
Daxili İşlər Nazirliyi Kiyevə Daxili Qoşunların əsgərlərinin yeridildiyini təsdiqləyib. Ancaq bildirilib ki, bu, növbə çəkən şəxsi heyəti əvəzləmək üçündür.

1717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı