Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Qastrit və xora xəstəliyi zamanı müalicəvi qidalanma

Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur.
Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər.
Müasir dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır. Deyə bilərik ki, xəstə müəyyən pəhriz saxlamazsa, heç bir ən müasir və bahalı dərman preparatı ona kömək edə bilməz və ya bu kömək müvəqqəti olacaq. Bu xəstəliklər zamanı pəhriz daim saxlanılmalıdır. Xəstəliklərin kəskinləşməsi də əksər hallarda məhz pəhrizin pozulması fonunda baş verir.

Əsas qaydalar:
- Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.
- Bütün qidalar yalnız suda və buğda bişirilmişməlidir (yağda yox!).
- Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin.
- Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.
- Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar).

- Bu kimi qidaların qəbulu tövsiyə olunur:
duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü),
buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet,
bişmiş yumurta,
bişmiş kök, kartof, çuğundur,
moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu qat əmələ gətirir)
süd, qaymaq
südlü kokteyl, südlü çay
kərə yağı və bitki yağları.
Müalicə zamanı xəstə fiziki gərginliklərə məruz qalmamalı, streslərdən uzaq olmalıdır./Saglamolun/
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi