Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Poroşenko: “Donetskdə seçki keçirmək qərarı sülhə böyük təhlükədir”

“Şərqi Ukraynada seçki keçirmək qərarı sülh prosesinə böyük təhlükə yaradır”.

BBC bildirir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko xəbərdarlıq edib.

O, həmçinin "Krımın Rusiyanın ilhaqı və şərqdə münaqişəyə görə cavabdeh olan " 400 fiziki və 90 hüquqi şəxsə qarşı sanksiyalar elan edib.

Donetsk Xalq Respublikasının lideri bir müddət əvvəl bəyan edib ki, seçkilər oktyabrın 18-də baş tutacaq.

Luqansk isə seçkiləri noyabrın birində təşkil etmək istəyir.

Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən Kiyev hökuməti bu cür səsvermələrin fevral ayında Minskdə imzalanmış sülh razılaşmasının pozulması kimi dəyərləndirir.
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber