Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Göyçayda evləri su basıb, kəndlərə enerji verilişi dayanıb

Göyçay şəhərində və bir neçə kənddə evləri sel suları basıb.

Ötən gecə saat 1:00-dan başlayaraq səhərədək yağan və güclü küləklə müşayiət olunan leysan yağısı nəticəsində yaranan sel suları Göyçay şəhərində bir neçə evin zirzəmisinə dolub.

Dağlardan gələn sel suları şəhərin şimalındakı fərdi həyətyanı sahələri, eləcə də Qarabaqqal və Ərəbcəbirli kəndlərində dağətəyi ərazidə yerləşən evləri basıb. Şəhərin daxilindən keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə ziyan vurub, həyətləri lil qatı örtüb.

Həmçinin, güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, rayonunun 15-ə yaxın kəndinə, eləcə də şəhərin bir hissəsinə gecə saatlarında enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Güclü külək səbəbindən elektrik naqillərində baş verən qısaqapanma zamanı Göyçay şəhərində yanğın hadisəsi baş verib./apa/







566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat