Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

"Ölüm mikroavtobusunun" sürücüsü yuxulu olub

Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub.

Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Qəhrəmanov Vasif İmran oğlunun sözlərinə görə, mikroavtobusda 16 sərnişin olub. Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparılıblar. Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya gətirilib.

Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib.

Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilir.

Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini deyir.

Xəsarət alan şəxslərdən adı açıqlananlar:
1. Baloğlan Ağakişiyev-1988-ci il təvəllüdlü
2. Rövşən Cavadov-1988-ci il təvəllüdlü
3. Rəşad Əhmədov
4. Əsməd Məhəmmədova
5. İbadət Allahverdiyeva Faiq qızı
6. Ofelya Məmmədova Məhəmməd
7. Asif Paşabəyov
8.Qarayev Elçin Xoşbəxt oğlu

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində üç nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hazırda ölən və yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır./ans/
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber