Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

Kadırov Poroşenkoya meydan oxudu: «Axmaqlıqdır, sabun köpüyüdür»

Ukrayna hökumətinin bü gün açıqlanan sanksiya siyahısında Çeçenistan prezidenti Ramzan Kadırovun da adı var. Kadırov qərara münasibət bildirərkən onu axmaq və sabun köpüyü adlandırıb.

Kadırov bu qərarın heç bir əhəmiyyət daşımadığını və onda gülüş doğurduğunu bildirib: «Kiyevə getmək fikrim olsa, heç kim bunun qarşısını ala bilməz. Ciddi deyirəm, bundan axmaq qərar görməmişəm. Heç olmasa Ukrayna vətəndaşlarını güldürməyin. Ən azı, onlar yaxşı bilirlər ki, sizin bu qərarlarınızın heç bir rolu yoxdur, hamısı sabun köpüyüdür. Kiyevdə hesabım yoxdur. Amma ora getmək istəsəm, heç kim məni durdurmağa və adımı soruşmağa cəsarət edə bilməz».

Rusiya prezidentinin qatı tərəfdarlarından olan Ramzan Kadırov bir neçə ay əvvəlki açıqlamasında bildirmişdi ki, əgər çeçenlər Donbassda olsaydılar, çoxdan Kiyevə qədər gedib çıxardılar.

Qeyd edək ki, Ukrayna hökuməti ölkəyə qarşı cinayətkar fəaliyyətlərdə olan fiziki şəxslərə qarşı sanksiya tətbiq edib.
1064 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP