Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

İcra başçısı parkı söküb özünə şəxsi uşaq bağçası tikdirdi

“Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev icra hakimiyyəti ilə əvvəllər işlətdiyi və sahibi olduğu mağazalar şəbəkəsinin (“Porsche”, “Audi”, “Volkswagen”) fərqini bilmir. Mən bunu onunla ilk söhbətimizdən hiss etdim.
Adil Vəliyevin fəaliyyətini bir az araşdıranda gördüklərim hətta məni – həyatda çox əməllər görmüş birisini belə təəccübləndirdi”.
Virtualaz.org saytı xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz facebook səhifəsində yazıb.
Vəkil icra başçısının sensasion maxinasiyalarından da söz açıb: “Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub. Adil Vəliyev rayona icra başçısı təyin olunan kimi həmin parkı guya Heydər Əliyev Fondunun tapşırığı əsasında abadlaşdırmaq adı ilə hasara aldırıb. Orada gedən “tikinti-abadlıq” işlərinə isə mənə “xox” gəlib hücum edən, 300 manatlıq maaşla 200 minlik “Mercedes” sürən, əvvəllər haqqında bəhs etdiyim şəxs, yəni bağçanın açılışında da iştirak etmiş Rafael adlı şəxs rəhbərlik edib”.
A.İsmayılovun sözlərinə görə, həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını şəxsən Adil Vəliyev özü edib: “Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan “Şəhrizad” uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır.

Bu faktı dəqiqləşdirmək üçün özüm (050) 220 11 12 nömrəli mobil telefona zəng etdim. Bu gün də bu bağçanın idarəçiliyi həmin Rafael adlı şəxsin nəzarətindədir. Əlavə etdiyim bütün fotolar Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi saytından götürülüb. Heydər Əliyev Fondunun adından şəxsi gəlirləri üçün istifadə edib özünə biznes imperiyası quran Adil Vəliyev haqqındakı araşdırmalarımızı davam edəcəyik. Bir rayonun icra başçısı nümunəsində vəzifəli şəxslərin özbaşnalıqlarını, sadə vətəndaşlara zülm etmələrini, onlara qul kimi baxmalarını ictimaiyyətin diqqətinə çatdıracağıq”./Virtualaz/
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09