Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Bakıda ev də bahalaşıb, maşın da

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi Bakının ilkin mənzil bazarı ilə bağlı yeni məlumat yayıb. Araşdırmalara əsasən, noyabr ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət göstəricisi oktyabrdakı 902,5 manata qarşı 2,1% artaraq 921,9 manat təşkil edib.

Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 4%, ötən ilə nisbətdə isə 13,1% artımla yadda qalıb.

“Media forum” saytına verilən məlumata görə, noyabr ayı ərzində Bakının аvtоmоbil bаzаrındа da dinamikanın artımı müşahidə olunub. Dinamikanın artımı orta qiymətə də təsir göstərib. Noyabr ayı üçün bаzаrdа оrtа qiymət əvvəlki аylа müqayisədə 1,6% artaraq 16250 manat olub.
2055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP