Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

Nemtsovun qətlində ittiham olunan şəxs izahatından imtina etdi

Tanınmış rusiyalı siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan Anzor Qubaşev etiraf izahatından imtina edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Qubaşevin vəkili Musa Hədisov bildirib.

“Bu gün Anzor Qubaşevin təkrar dindirilməsi keçirilib. Dindirilmə zamanı o rəsmi olaraq etiraf izahatından imtina edib”, deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, Qubaşev etiraf izahatını təzyiq altında – qardaşının azadlığa buraxılmasına dair sövdələşmə əsasında verib.

Bundan əvvəl isə bildirilmişdi ki, Qubaşevin qardaşı Şədid Anzorun Nemtsovun qətlində əli olduğunu etiraf edib.
613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı