Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

ABŞ generalı: “Suriyalı müxaliflərdən 4-5 nəfər qalıb”

Hazırda ABŞ-ın İŞİD-ə qarşı hazırladığı suriyalı müxaliflərdən yalnız 4-ü və ya 5-i hərbi əməliyyatlarda iştirak edir.

Bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Ostin senat qarşısında çıxış edərkən söyləyib. Onun sözlərinə görə, ABŞ bu proqramın icrası üçün 2014-cü ildə 500 milyon dollar pul ayırıb:

“Biz planlaşdırırdıq ki, 2015-ci ilin sonunda İŞİD-lə mübarizə üçün 5400 hərbçi hazırlayacağıq. 2015-ci ilin mayında Türkiyə də 60 suriyalı müxalif hazırlanmışdı, lakin iyul ayında onların bəziləri Nüsrə Cəbhəsi tərəfindən öldürülmüş, bir qismi isə əsir alınmışdı”.

Generalın çıxışına cavab verən Alabamadan olan respublikaçı senator Ceff Seşnz bu proqramın tamamilə uğursuzluğa düçar olduğunu bildirib.
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...