Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

Eldəniz Quliyev hələ də ictimai işlər görür - Cəzasının 180 saatı qalıb

Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin ictimai cəzası davam edir. Kinodramaturq bildirib ki, hər gün 4 saat olmaqla işə çıxır:

“Mənim hesablarıma görə, 480 saatlıq ictimai cəzanın 300 saatını geridə qoymuşam. Yəqin ki, cəzanın bitməsi üçün ay yarım da işləməliyəm”.

Eldəniz Quliyev Ali Məhkəməyə göndərilən şikayət məktubunun uzadılmasından təəccübləndiyini qeyd edib:

“Artıq uzun müddətdir ki, göndərdiyimiz şikayət məktubuna baxılmır. Yəqin Ali Məhkəmə gözləyir ki, ictimai cəza bitsin, sonra şikayət məktubuna baxılsın. Tərəfimdən bütün maliyyə cərimələri ödənilib, yalnız ictimai cəza qalıb, onu da qeyd edilən vaxtda yerinə yetirirəm”.

Bütün bunlara baxmayaraq, Eldəniz Quliyev ictimai-siyasi fəaliyyətinin bir gün də olsun dayanmadığını qeyd edib.

2014-cü il oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.

Eldəniz Quliyev Cinayət Məcəlləsinin 47.4.4 maddəsini əsas götürərək 480 saatlıq işdən azad olunmağı haqqında yenidən məhkəməyə müraciət edib./modern/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber