Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

Ukrayna parlamentində dava düşdü - Poroşenkonun istefası tələb olunur

Ukraynada Radanın son iclasında qalmaqal yaşanıb. Radikal Partiyasının sədri Oleq Lyaşko prezident Pyotr Poroşenkonun istefasını tələb edib.

Lyaşko Poroşenkonun ölkədə diktatura rejimi qurduğunu bildirib: «Hədə-qorxu, şantaj və ələ almaq yoluyla avtoritar idarəçilik yaratmaq istəyir. Xəbərdarlıq edirəm. Poroşenkonun cinayətləri impiçmentə və onun istefasına aparır. Ukrayna parlamentini korrupsioner Poroşenkonun impiçmenti ilə bağlı qanun qəbul etməyə çağırıram”.

Lyaşkonun bu radikal çıxışına parlamentin onun partiya yoldaşı, deputat İqor Mosiyçukun həbsinə razılıq verməsi səbəb olub.

Partiya sədri bu barədə çıxış etmək üçün tribunaya tərəf getsə də, ona söz verilməyib. Bundan qəzəblənən Lyaşko da Radada dava salıb.

Deputat Mosiyçuk rüşvət almaqda ittiham olunur. Lyaşko isə bunu böhtan adlandıraraq əsl rüşvətxorun Poroşenko olduğunu bildirir. Onun sözlərinə görə, məsuliyyətə Mosiyçuk yox, ölkə rəhbəri cəlb edilməlidir və buna nail olmaq üçün hər şeyi edəcək.
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı