Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2015

Kremlin daha bir güc nümayişi – Xəzər sahilinə desant çıxarıldı

Rusiya ordusunun «Mərkəz 2015” hərbi təlimləri davam edir. Bu gün təlimlər zamanı Həştərxan və Orenburq vilayətlərindəki poliqonlarda müstəqil mobil desant-hücum tağımları şərti qeyri-qanuni hərbi biləşmələrlə mübarizə və kəşfiyyat məqsədilə desant çıxarılması əməliyyatlarını məşq ediblər.

Bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb: “Hərbi Desant Qoşunlarının gücləndirilmiş desant-hüçüm tağımları D-10 paraşüt sistemləri ilə qərb rayonlarına atılıblar. Təlim zamanı hər bir qrupa platformasız paraşüt sistemləri ilə bir neçə döyüş texnikası atılır. Desantçıxarma əməliyyatı hər dəfə şəxsi heyətə məlum olmayan yerdə həyata keçirilir”.

Döyüş tapşırığına əsasən desant-hüçüm tağımları mövqe tutduqdan sonra BMD-2-KU döyüş texnikasından istifadə edərək, operativ hava və taktiki desantın əsas qüvvələrinin yerləşməsini təmin etməlidirlər.

«Mərkəz 2015” strateji komanda-qərargah təlimləri 14 sentyabrdan başlayıb və sentyabrın 20-dək davam edəcək.

Təlimlərə Mərkəz hərbi darəsinin qoşunları, Xəzər Hərbi Donanması, Hərbi Desant Qoşunları, Hərbi Hava Qüvvələrinin hissələri, DİN, FHN, Federal Təhlükəsizlik Xidməti, Federal Mühafizə Xidməti, Narkotiklərin Qanunsuz Dövriyyəsinə qarşı Federal Xidmətinin idarəetmə qurumları cəlb olunub.

Təlimdə, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Çevik Qüvvələri tərkibinə daxiloan Qazaxıstanın hərbi hissələri iştirak edirlər.

Təlimlərə 97 min hərbiçinin və 7 mindən çox hərbi texnikanın iştirakı nəzərdə tutulub.
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber