Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Qacarlar dövründə həcc ziyarəti! - Foto

Nur-az.com shia-news.com-a istinadən:
Başqa müsəlman xalqları kimi, İranda da, lap qədimlərdən olaraq vacib həcc ziyarəti müsəlman kütlə arasında dinin son dərəcə əhəmiyyət verildiyi ayinlərdən biri hesab edilirmiş. 1300 ildən artıq tarixə malik bu müqəddəs ənənə bütün çətinlikləri, olmazın səfər ağrı-acılarına baxmayaraq heç vaxt qiymətini itirməyirmiş. İraqdan başlayaraq ta Məkkə və Mədinəyə qədər qırx günlük çəkən bu səfərdə Allah evinin züvvarları həftələrlə uzun-uzadı yol və səhraları sovuşmalı olur, at, dəvə üstə və ya piyada halda günün altında, yaxud gecənin zülmət qaranlığında bütün zəhmətlərə qatlaşaraq öz borcunu layiqincə yerinə yetirməyə çalışırlarmış. Bununla belə çoxlarını yol boyu vəhşi heyvanların hücumu və ya zərərli həşəratların zəhəri, yaxud da, quldur və soyğunçuların təcavüz və basqını bu arzudan məhrum edirmiş. Tarixə əsasən, bu səfərlər bəzən o qədər macəralı və müxtəlif hadisələrlə dolu olurmuş ki, bir çox əsərlərdə ayrı-ayrı fəsillər məhz “səfərnamələr” adlı xatirələrə həsr edilirmiş. Müxtəlif əsrlərə dair bu səfər xatirələrinin kənarında ötən son yüzilliklərdəki həmin hadisələrlə əlaqədar maraqlı şəkil və fotoların da, şahidi oluruq. Qeyd edək ki, o dövrün fotoqrafları, o cümlədən, bir çox xarici şərqşünasları tərəfindən həcc mövsümü mərasiminin müxtəlif səhnələrinə dair olduqca diqqətəlayiq fotoşəkillər əlimizə çatıb. Məsələn, aşağıda 1910-cu illərə aid alman fotoqraf və şərqşünası Alfred Heynken tərəfindən İran züvvarlarının karvanını nümayiş etdirən iki fotoşəkili diqqətinizə təqdim edirik…


کاروان زائران مکه در عصر قاجار/ تصویر

کاروان زائران مکه در عصر قاجار/ تصویر


1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16