Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Qadınlardan ibarət gizli qrup İŞİD-in canına vəlvələ salıb!

Nur-az.com shia-news.com-a istinadən:
Son vaxtlar Mosulda İŞİD-in üzvləri ara-sıra naməlum surətdə canlarını itirirlər. Ötən neçə həftə ərzində ölənlərin sayının diqqətəlayiq olduğu bildirilir. Xarici informasiya vasitələrində yayılan bu məlumatda keçən həftə İŞİD-in Mosuldakı təbliğat mərkəzlərindən birinə edilən gizli əməliyyatda üç nəfər qətlə yetirilib və Babiliyyə qəsəbəsində də, onların terrorist qadın “Xənsa” dəstəsindən neçəsi məhv edilib. İŞİD-in öz aralarında verilən məlumata görə, bu əməliyyatlar olduqca hərbi məharətə malik gizli qadın qrupu vasitəsilə törədilir.
Hal-hazırda İŞİD-in təcavüz etdiyi ərazilərdə hədsiz ağır vəziyyət, qorxu, vəhşət və qəddarlıq halları hakim olduğundan xalqın arasında onlara qarşı gizli qruplar formalaşmaqdadır. Deyilənlərə görə, Mosulun daxilində olan bu qruplar zəhərli maddələr və səsi boğan müxtəlif silah növləri ilə İŞİD-ə qarşı mübarizə aparırlar və indiyədək onların çoxlu sayda üzvlərini qətlə yetirə biliblər.
İraqın üçüncü böyük şəhəri sayılan Mosul keçən ilin iyulundan xarici qüvvələrin himayəsi vasitəsilə İŞİD-in işğalı altına düşüb.
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38
DOLLAR 1,8