Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

Rusiya Xəzər və Qara dəniz ətrafı ərazilərə hücum təyinatlı hərbi texnikalar cəmləşdirir

Rusiya Xəzər və Qara dəniz ətrafı əraziləri əhatə edən Cənub Hərbi Dairəsinə yeni hücum təyinatlı hərbi texnikalar cəmləşdirir.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, cari ilin sonuna kimi Cənub Hərbi Dairəsinin hərbi hissələri 450-dən artıq müasirləşdirilmiş hərbi texnika - yük və nəqliyyat avtomobilləri, özüyeriyən artilleriya sistemləri, zirehli avtomobillər, müxtəlif raket kompleksləri alacaq. Bölgədəki hərbi hissələrin silahlanmasına 100 ədəd raket-artilleriya sistemi, o cümlədən «İskəndər-M» operativ-taktik raket kompleksləri, 120 mm çaplı 2S9 "Nona-C" özüyeriyən haubitsa, "Xrizantema-S" tank əleyhinə raket kompleksləri daxil edəcək.

Hərbi dairənin motoatıcı və kəşfiyyat bölmələri isə 250-dən artıq BTR-82A yeni zirehli transportyor, "Tayfun" və «Tiqr-M» tipli zirehli nəqliyyat vasitələri ilə təchiz ediləcək.

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla hərbi münaqişədən sonra Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparır. Bu kontekstdə Dairənin tərkibinə daxil olan Ermənistandakı 102-ci hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur./Apa
1698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi