Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Xəzərdə BTR batdı: 4 əsgər ölüb

Qazaxıstan ordusunun dörd BTR-80 zirehli avtomobili "Mərkəz-2015" təlimlərinin ikinci mərhələsi zamanı Xəzər dənizində batıb.

Zirehli maşınlarda olan dörd əsgər həlak olub.

“Mərkəz-2015” hərbi təlimləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) keçirir. Qazaxıstanın Aktau şəhəri yaxınlığında Oymaş poliqonunda baş verən hadisəyə əsas səbəb kimi, güclü külək və hündür dalğalar göstərilir.

"BTR-lərdən 4-ü dənizə təxminən 150 metr getdikdən sonra, güclü küləy və ani qalxmış şiddətli yüksək dalğa nəticəsində batdı", - deyə Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə,hərbi maşınlardan ikisi sahilə çıxmağı bacarıb. Qazaxıstanın Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qrup yaradılması barədə əmr verərək hadisə yerinə gəlib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Mərkəz-2015” təlimləri sentyabrın 14-də başlayıb. Təlimlərdə 95 min hərbçi, 7 mindən çox hərbi texnika, 170 təyyarə və gəmilər iştirak edir.Təlimlər zamanı KTMT üzvü olan ölkələrin silahlı qüvvələrin təhdidlərə qarşı birgə idarə olunması sınaqdan keçirilir. Manevrlərə Mərkəz Hərbi Dairəsinin qoşunları, Xəzər donanması, habelə Qazaxıstan Silahlı Qüvvələrinin operativ bölmələri cəlb edilib./ans/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber