Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

BMT: “ABŞ rəsmilərinin açıqlamaları dəli sayaqlamasına bənzəyir”

“İraqda vəziyyətin günü-gündən yaxşılaşmasını yalnız şizofreniya xəstələrinin iddia edə bilər. ABŞ yetkililərinin bu cür açılamalarla nəyi nəzərdə tutduqlarını anlamaq çətindir”.

Rəsmi Vaşinqton haqqında bu ağır ifadələri BMT Baş katibinin müavini Hans-Kristof von Sponeck dilə gətirib. O, son zamanlar ABŞ rəsmilərinin İraqda vəziyyətin yaxşılaşmasına dair tez-tez səsləndirdikləri fikirləri şərh edərkən belə deyib. BMT rəsmisinin fikrincə, İraqdakı vəziyyətin necə olmasını anlamaq üçün nə oraya getməyə, nə də qəzet oxumağa, televiziya xəbərlərini izləməyə ehtiyac var: “Sadəcə, fotoşəkillərə baxmaq kifayətdir. Bu fotoşəkilər ölkənin darmadağın olduğunu aydın şəkildə göstərir. İraqın şimalında ərəblər və kürdlər arasında problemlər davam edir. İŞİD problemi ortadadır. İraqın orta seqmentlərində yerləşən Ramadiyə baxın. Mosul hələ də işğal altındadır. Bağdad hökuməti içində bölünmə var. İrəliləmə bunun harasındadır? Bu cür iddialar dəli sayaqlamasından başqa bir şey deyil”.

Hans-Kristof von Sponeck ABŞ-ın heç bir əsası olmayan bu cür iddialarını onun öz uğursuzluqlarını ört-basdır etmək niyyətiylə əlaqələndirib: "Xarici siyasətdə, hərbi və təhlükəsizlik sahələrində son illərdə yaşadığı böyük müvəffəqiyyətsizliklərin ABŞ-ı qorxutduğunu düşünürəm. Məsələn, Liviyaya baxaq. Müdaxilədən sonra bu ölkədə vəziyyət yaxşılaşdımi? Əfqanıstan müstəqil olaraq öz-özünü bərpa edəcək vəziyyətdədirmi? Müvəffəqiyyətsizliklər sayı artır və əlbəttə, Vaşinqton rəsmiləri bu gerçəyi mümkün olduğu qədər gizləməyə çalışırlar "
435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...