Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

İŞİD liderinə qonşumuzda ABŞ təlim keçib

İŞİD terror təşkilatının liderlərindən biri olan Tarxan Batiraşvili (Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır – red.) Gürcüstan Silahlı Qüvvələrində xidmət etdiyi vaxt Amerika ordusunun zabitlərinin rəhbərliyi altında hərbi hazırlıq keçib.

Bu barədə ABŞ-ın "McClatchy Newspapers" portalı yazıb.

Məlumata görə, Tarxan Batiraşvili Gürcüstan ordusunda 2006-2010-cu illərdə xidmət edib.

“O, bizdə yaxşı təlim keçdi və Amerika zabitləri bizə kömək etdi”, - portal keçmiş gürcü hərbi məmurun sözlərini sitat gətirib.

İŞİD-in hazırkı lideri Cənubi Osetiyadakı silahlı konfliktdə aktiv iştirakını qəbul edir. O, gürcü-osetin münaqişəsinin sonuna yaxın qeyri-leqal silah saxladığı üçün 15 aylıq həbs cəzasına məhkum edilib və silahlı qüvvələrlə əlaqələri kəsilib. Batiraşvili 2012-ci ildən Suriyadadlr. /publika/
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber