Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Quantanamoda yeni aclıq aksiyası başlanıb

Quantanamo həbsxanasında məhbuslar tərəfindən yeni aclıq aksiyası başlanıb.

Deyerler.org-un Press TV-nin məlumatına istinadən verdiyi xəbərə görə, Quantanamo həbsxanasında məhbus ingilis Şakir Amir hazırda həbsxanada 29 məhbusun, o cümlədən özünün aclıq aksiyası keçirdiyini elan edib.

Məlumata görə, aclıq aksiyası elan edən şəxslərdən 19 nəfəri yemək yeməyə məcbur edilib və aclıq aksiyası elan edənlərin sayı günü-gündən artmaqdadır.
Ötən həftə İsveçrənin Tags Ensayger qəzeti aclıq aksiyası elan edən Quantanamo məhbuslarının xəbərlərinin yayılmasının qarşısını almaq üçün ABŞ ordusunun qərar çıxardığını yazmışdı.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP