Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Ayətullah Amili: Türkiyə daxili və etnik müharibə astanasındadır

Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazında sionistlərin Beytul-Müqəddəsdə törətdikləri cinayəti pisləyərək deyib: “Qüdsü yəhudiləşdirən və Beytül-Müqəddəsin ziyarətini zaman və məkanlara bölən sionist rejimin iyrənc və çirkin hərəkətləri məscidi dağıtmaq və xəyallarında olan Süleyman məbədini tikmək üçün başlanğıcdır”.
Süleyman məbədinin sütunlarını tapmaq üçün aparılan qorxulu qazıntılara işarə edən imam cümə Məscidül-Əqsanın dağılmaq üzrə olduğunu vurğulayıb.
Məscidül-Əqsa və namazqılanlara 4 gün davamlı hücumdan sonra sionist rejiminin baş nazirinin bu hücumların davam edəcəyinə təkid etməsinə münasibət bildirən Ayətullah Amili bu məsələyə görə beynəlxalq təşkilatları, dünya imperialistləri və ərəb mürtəcelərinin cavabdeh olduğunu bildirərək deyib: “Bu cinayətin əsas məsuliyyəti beynəlxalq təşkilatlara, dünya imperialistlərinə və ərəb mürtəcelərinə yönəlir”.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsi xütbəsinin digər bir hissəsində Türkiyədə baş verən etnik qarşıdurmalara toxunaraq deyib: “Türkiyə daxili və etnik müharibə astanasındadır”.
İmam cümə Türkiyədəki tarixi etnik ixtilafların kökü barədə geniş izah verərək, etnik qrupların idarəedilməsində onların hüquqlarına riayət edilməsinə və onlara hörmətlə yanaşmağın lüzumunu qeyd edib.
O artırıb: “Kürdlərin İraq, Suriya və Türkiyədə hökumətlərlə ciddi problemləri vardır, lakin İran İslam Respublikasında bütün etnik qruplarla gözəl rəftar edildiyi üçün kürdlər və hökumət arasında çox gözəl münasibət vardır”.
Ayətullah Amili bu mövzunun davamında deyib: “Türkiyədə son bir neçə onillikdə baş verən hadisələrin ismarıcı budur ki, milliyyətçilik təfəkkürü, çəkic qarşılaşması və müstəsna haqqa yiyələnməklə çoxsaylı millətləri olan ölkəni idarə etmək mümkün deyil. İslam, bu təfəkkürün yerinə “dünya vahid ailəsi” nəzəriyyəsini təqdim etmişdir. Osmanlıların 500 illik hökuməti dövründə kürdlərin dövlətlə çox güclü əlaqəsi olmuşdur. Türkiyədə etnik problemlərin hamısı millətçilərin hökumət başına gəlməsindən sonra yarandı”.
Ərdəbilin Ümumi Mədəniyyət Şurasının sədri əhaliyə Ərəfə gecəsi, Qurban bayramı gecəsi və Ərəfə gününün duasından layiqincə istifadə etməyi tövsiyə edib, Qurban bayramı günü qurbanlıq və bayram namazının fəzilətini vurğulayıb./qafqaz.ir/
649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber