Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

Kreml: “Suriyaya qoşun göndərməyə hazırıq...”

Suriya bu ölkəyə Rusiya qoşunlarının göndərilməsini xahiş edərsə, belə bir müraciət daxil olarsa, Moskva məsələyə baxa bilər, ancaq geosiyasi anlamda bu barədə danışmaq çətindir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əgər müraciət olsa, o zaman ikitərəfli təmaslar və ikitərəfli dialoq çərçivəsində ona təbii ki, baxılacaq və müzakirə aparılacaq” – deyib Peskov.

Öncə Suriyanın xarici işlər naziri və baş nazirin müavini Valid Muallem bəyan eləmişdi ki, “Dəməşq zərurət yaranarsa, Suriya ordusu tərəfdə vuruşmaq üçün Rusiyadan hərbi qüvvə xahiş edəcək”.

“Suriya lazım gələrsə, tərəddüdsüz Moskvaya belə bir xahişdə bulunacaq” – qeyd eləmişdi Muallem və onu da əlavə eləmişdi ki, hazırda Suriyada rus hərbçiləri yoxdur./musavat/
536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42