Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2015

12 yaşlı İsmətin ölümünə niyə susursuz?

Təəssüflər olsun ki, yaşadığımız ölkədə hər gün ürəkağrıdan xəbərlər eşidirik. Artıq kiminsə intihar etməsi adi statistikaya çevrilib. Daha faciəli olan isə intihar edənlərin arasında azyaşlıların olmasıdır. Bəli, bu ölkədə uşaqların intiharına səbəb olacaq hadisələr baş verir. Neft və milyardlar səltənətində 5-10 manata görə həyatını itirənlər var.

Bugünlərdə İsmayıllı şəhər sakini 12 yaşlı Ismət Əsədovun intihar xəbəri yayıldı. Məlum oldu ki, intihara səbəb Ismət Əsədovun ailəsinin ona məktəbli forması ala bilməməsi olub. Həqiqətən də insanın ürəyi parçalanır və sadə vətəndaşın ən adi problemlərin əsarətində çırpınması gerçəkliyi üzə çıxır. Amma yenə də hökumət mətbuatı analoqsuz inkişafdan, yoxsulluğun kökünün kəsilməsindən, regionların çiçəklənməsindən danışır. Başqa vaxt vətənpərvərlikdən, millətsevərlikdən danışanlar bu dəhəşətli hadisə qarşısında susurlar.


Bir müddət əvvəl suriyalı Aylanın ürək parçalayan fotoları yayıldı. Körpə Aylanın cəsədi dənizin sahilindəydi. Demək olar ki, bu fotolar bütün dünyanın gündəmini zəbt etdi. Hökumət mətbuatı, saytlar bu hadisə ətrafında müzakirə açdılar. Avropanı söyənlərin, dünyaya nifrət püskürənlərin sayı artmışdı. Hələ o vaxt yazmışdıq ki, Aylanın faciəsinə görə üsyan edənlər Binəqədidə faciəli şəkildə həlak olanlara görə də üsyan etsinlər. Çünki, Binəqədidəki yanğın birbaşa iri məmurların acgözlüyünün nəticəsidir və 3-5 yaşlı körpələr bu tamahkarlığın qurbanına çevrildi. Hələ də günahkarlar azadlıqda gəzir, istintaqın yekunu haqda məlumat yoxdur. Indi də Ismayıllı sakini Ismət Əsədovun faciəsinə şahidlik etdik. Niyə bu “inkişaf çarçı”ları həyəcan təbili çalmır? Axı, bu ölkədə övladına məktəbli forması ala bilməyən xeyli ailə var. Bu ölkədə təhsil haqqın ödəyə bilməyən xeyli tələbə var. Hökumət milyardlarla vəsaiti havaya sovurmaq əvəzinə, aztəminatlı ailələrə yardım edə bilməzmi, təhsil haqlarını azaltmaq olmazmı?

Göründüyü kimi, heç bir faciə, heç bir xəbərdarlıq hökumətə təsir etmir. Ancaq saxta təəssübkeşlik, saxta vətənpərvərlik, saxta dölətçilik təbliğatı aparırlar.

Əslində baş verənlərə susmaq, bu tendensiyaya müdaxilə etməmək bu ölümlərə işıq yandırmaqdı. Ölkə xaricində baş verənlərə od püskürüb, ölkədə baş verənlərə su kimi lal baxmaq namərdlikdi. Gözümüzün qarşısında həmvətənlərimiz zəruri ehtiyacları ödəyə bilmədiyi üçün dünyasını dəyişir. Bu körpələrin ahından qorxun. Ictimai təzyiq güclü olsa, ölkənin milyardlarını talan edənlər lazımi addımlar atmağa məcbur qalar. Erməniyə sığınacaq verməklə fəxr eləyənlər 12 yaşlı Ismətin torpağa sığınmasında da məsuliyyət daşıyır./azadlıq/
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16